Gəncə şəhər 17 saylı orta məktəbi 1990-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Məktəb 60 sinif otağı, 2 idman zalı, 2 kompüter otağı, 200 nəfərlik iclas zalı, böyük yeməkxana, 6 iş otağı, 1 müəllimlər otağı, kitabxana və digər otaqlarla təchiz edilib, məktəbin 0,8 hektara yaxın bağ və həyatyanı sahəsi var. Hal-hazırda məktəbdə 2000-ə yaxın şagird 98 sinifdə təhsil alır və onlarla 200-ə yaxın müəllim heyəti məşğul olur.
Məktəbimiz, ali məktəbə qəbul olan məzunların sayına görə, Gəncə şəhər məktəbləri arasında qabaqcıl yerlərdən birini tutur.
Məktəbimizin şagirdləri olimpiadalarda həvəslə iştirak edir və yüksək nəticələr əldə edirlər. 2004-cü ilin may ayında Xəzər universiteti, məktəbimizdə, dəqiq elmlər üzrə Gəncə bölgəsinin 11-ci sinif şagirdləri arsında olimpiada təşkil etmişdir.
1997-2003-cü illərdə məktəbimiz, Gəncə şəhərində kecirilən məktəblər arası idman spartakiadasının qalibi olmuşdur.
2003-cü ilin mart ayından "Bilik" cəmiyyəti Gəncə regional təşkilatı və Gəncə şəhəri "Kəpəz" bələdiyyəsi, Avrasiya fondu Azərbaycan nümayəndəliyinin dəstəyilə "Gəncə şəhəri, Sadıllı qəsəbəsində 17 saylı orta məktəbin İctimai Fəal Məktəbə cevrilməsi" pilot layihəsini uğurla həyata kecirir.
Bu layihə məktəbimizin təkcə təhsil ocağı kimi deyil, həm də, yerləşdiyi ərazi əhalisi ücün mədəniyyət, vətəndaş və ictimai resurs mərkəzi kimi fəaliyyət göstərməsinə imkan yaratmışdır.
Məktəbin direktoru: Seyidəli Həmid oğlu Həsənov ali təhsilli riyaziyyat müəllimidir, 1978-ci ildən pedaqoji fəaliyyətə başlayıb, 1993-cü ildən məktəbə rəhbərlik edir.
Web-sayt, Avrasiya fondu Azərbaycan nümayəndəliyinin dəstəyilə, "Bilik" cəmiyyəti Gəncə regional təşkilatı tərəfindən hazırlanmışdır.
|